SİZİN REKLAM BURADA!
055 213 76 73



""Formula 1" yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, Bakı sakinlərinə heç bir problem yaranmasın". 


BAKU.WS
-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir deyib ki, 6 kilometrlik məsafədə yollar dəyişir. Amma buna baxmayaraq işlər çox səliqəli şəkildə aparılır, tıxaclar yaranmır.

Nazir həmçinin əlavə edib ki, pit-stop binası sifariş olunub. Binanın uzunluğu 300 metr, genişliyi 21 metr olacaq. 2 mərtəbəli bina hazır vəziyyətdə Bakıya gətiriləcək və Azadlıq meydanında quraşdırılacaq.

Nazir bildirib ki, Formula 1-in büdcəsi barədə açıqlama verib. O deyib ki, 150 milyon dollardan çox-çox aşağıdır. "6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Pit-stop binası üçün isə 30 milyon dollar sərf olunacaq".

"Autoweek" saytının məlumatına görə, ölkə ümumilikdə 150 milyon ABŞ dolları ödəməlidir. İtaliya avtomobil klubunun başçısı Stiççi Damiani Azərbaycanın "Formula 1" rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq Qran-Priyə görədir.

 

BAKU.WS