Türkiyədə gənc oğlan azərbaycanlı sevgilisinə evlilik təklifi edib.
 
BAKU.WS-in məlumatına görə, Silivridə yaşayan Murat Ali Bayar adlı gənc bir müddətdir sevgili olduğu Asimə Şabanoğluna sürpriz bir evlənmə təklifi edib. Avtomobili ilə şəhər mərkəzinə gedən gəncləri klarnet və nağaradan ibarət orkestr qarşılayıb.
 
Əlində çiçək və üzüklə Murat Ali Bayar sevgilisinə evlilik təklifi edib: "İnsan hüquqlarını qoruyuram. Konya dəliqanlısıyam. Lazım gəlsə məzara belə dik girərəm. Həyatımın geridə qalan hissəsini sənlə birlikdə keçirmək istəyirəm. Mənimlə evlənərsənmi?"
 
Bu evlilik təklifinə Asimənin cavabı "bəli" olub. Üzüklərin taxılmasından sonra gənclərin yoldaşları onları alqışlayıb və təbrik edib. Murat Ali Bayar baş nazir Əhməd Davutoğluna səslənərək evlənmələri üçün köməklik göstərməyi xahiş edib:
 
"Baş nazirimizin bir vədi var idi. Bütün subay gənclərimizi evləndirəcəyi sözünü verib. Həyat yoldaşım Azərbaycan vətəndaşıdır və ailəsi orada yaşayır. Baş nazirdən tək xahişim araya girib işimizi asanlaşdırsın. Məlum olduğu kimi biz tək millətik, amma iki dövlətik. Bir telefon bir çox qapını açacaq. Baş nazirimizin məni eşidəcəyininə inanıram", - deyə gənc söyləyib.
 
BAKU.WS
Şahin Həbibov