VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olacaq".

BAKU.WS-in məlumatına görə, bu sözləri energetika naziri Natiq Əliyev deyib.
 
Nazir bildirib ki, neftin qiyməti təkcə iqtisadi yox, həm də siyasi faktorlardan asılıdır: "Bu gün dünyada baş verən proseslər, münaqişələr bilavasitə neftin qiymətinə təsir edir. Lakin bu belə davam edə bilməz. Çünki qiymətin ucuzlaşması nəinki xam neft hasilatçısı, o cümlədən də istehlakçı ölkələrin iqtisadiyyatına təsir göstərir".

N.Əliyevin sözlərinə görə, bu ilin sonlarında neftin qiymətində çox böyük dəyişikliklər olacaq: "Çünki heç bir iqtisadiyyat bu vəziyyətə dözmür".
 
BAKU.WS