VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Dövlət mobil telefonla idarə olunmur. Telefonun adı dövlət telefonudur. Nazirə zəng edirsən, qız səsi ilə "alu" cavabı verilir. Dövlət telefonu sənə verilibsə, ona niyə cavab vermirsən?"


BAKU.WS-in məlumatına görə, bu sözləri millət vəkili Fəzail İbrahimli parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib. O, bildirib ki, məmurları, nazirlər, komitə sədrləri dövlət telefonu ilə onlara edilən zənglərə cavab vermirlər.


"Dövlət telefonuna hörmət bərpa olunmalıdır, qaytarılmalıdır. Çünki dövlət telefonunun adı dövlət telefonudur.Bəlkə, mənim şəxsi xahişim var, heç olmasa, dinlə, özün bilərsən, sonra nəzərə alma. Amma mənim arxamda, ümumən hər bir deputatın arxasında 40 min seçici dayanır, onların problemlərini dinləmək və nəzərə almaq lazımdır, məmurların bir nömrəli borcudur ki, insanların problemlərinə həssaslıqla yanaşsınlar", - deyə deputat bildirib.

 

BAKU.WS