VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Maliyyə Nazirliyinin bazara istiqraz buraxması təkcə dövlət büdcəsi kəsirinin bağlanması ilə bağlı deyil".
 
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
 
Nazirin sözlərinə görə, onun rəhbərlik etdiyi qurum əvvəllər, yəni dövlət büdcəsi kəsiri olmayanda da bazara istiqraz buraxıb: "Burada məqsəd müəyyən bazar alətlərini yaratmaqdır. Məqsəd odur ki, banklar, sığorta şirkətləri öz vəsaitlərini yerləşdirə bilsinlər, banklar həmin istiqrazları girov kimi istifadə edərək borc ala bilsin. İstiqrazlarımızın bazara çıxarılması yaranmış vəziyyətlə də bağlıdır. Bilirsiniz ki, 2015-ci ildə manatın ucuzlaşması ilə bağlı milli valyutaya etimad azalıb. Nəticə etibarilə, manatın satılması və xarici valyutanın alınmasını meylini müşahidə etdik. Bu səbəbdən dövriyyədə manat kütləsi kəskin azalıb, banklardan manat əldə etmək müşkülə çevrilib. Çünki, bankların aktivləri ABŞ dollarındadır. Bazara dövlət istiqrazlarının buraxılması manata etimadın bərpası məqsədini daşıyır. Buna görə, biz bazara manat istiqrazının buraxılması qərarına gəldik. Biz manat istiqrazları üzrə kifayət qədər yüksək səviyyədə faiz təklif etməyi qərara aldıq".
 
S. Şərifov qeyd edib ki, fevralın əvvəlindən Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsinə başlanacaq: "Əhali banklardan ehtiyatlanırsa, buyursunlar, vəsaitlərini dövlət istiqrazlarına yatırsınlar".
 
BAKU.WS