SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycan Mərkəzi Bankı bağlanan bankların əmanətçilərinə kompensasiya verilməsində vəsait çatışmadığı təqdirdə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) maliyyə yardımı edə bilər".
 
BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, bunu Fondun icraçı direktoru Azad Cavadov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda ADIF-in vəsaitinin həcmi manat ekvivalentində 132 milyona çatır: "Ləğv edilmiş 6 bank üzrə əmanətlərin ümumi məbləği 80 milyon manat təşkil edirdi, lakin "Bank of Azerbaijan"ın əmanətlərinin yoxlanılması zamanı bankda sığorta olunan əmanətlərin həcminin 36 deyil, 24 milyon manat olduğu məlum olub. Nəticədə sığortalanan əmanətlərin ümumi həcmi 68 milyonadək enib. Əlavə etmək istəyirəm ki, qalan banklar hələ müflis elan edilməyib, lakin bu halda da öhdəliklərimizi yerinə yetirmək üçün vəsaitimiz çatacaq".

A.Cavadov qeyd edib ki, yeni qanunvericiliyə əsasən, vəsait çatışmazsa, fond kredit üçün Mərkəzi Banka müraciət edə bilər: "Əvvəlki qanunvericiliyə əsasən, vəsait çatışmadığı təqdirdə fond vəsaitin cəlb edilməsi məqsədilə istiqrazlar buraxa bilər və ya kreditə görə Mərkəzi Banka müraciət edə bilərdi. Lakin yeni qanunvericiliyə əsasən, kredit üçün Mərkəzi Banka müraciət edə bilərik".

Qeyd edək ki, ilin əvvəlindən Azərbaycanda 6 bankın lisenziyası ləğv edilib: "Qafqaz İnkişaf Bankı", "Atrabank", "Gəncəbank", "Bank of Azerbaijan", "United Credit Bank" və "NBCBank".
 
BAKU.WS