SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Qazaxıstanın rəsmi valyutası təngə üzən məzənnə rejiminə keçdikdən sonra qiymətdən düşüb.
 
BAKU.WS-in məlumatına görə, təngə 18 ay əvvəlki devalvasiyadan bu yana ən yüksək səviyyədə ucuzlaşıb. Bu vəziyyət Mərkəzi Asiyanın ən böyük neft istehsalçısı olan Qazaxıstanın böyük ticarət ortaqları Çin və Rusiya pul vahidlərinin enişinə uyğunlaşma kimi qiymətləndirilir. 

Təngə dollar qarşısında dünən günorta saatlarından ucuzlaşmağa başlayıb. Dünən 1 dollar 188,38 təngəyə bərabər olub. Bu gün isə 1 ABŞ dolları 257,7 təngəyə çatıb. Qazaxıstan valyutası birjada tab gətirə bilmədiyi üçün təxminən 35,5% ucuzlaşıb. Sözü gedən ucuzlaşma 2014-cü ilin fevral ayındakı 20%-lik geriləmədən bu yana ən böyük eniş oldu. Qazaxıstan Mərkəzi Bankı təngənin dollar qarşısında valyuta dəhlizinə nəzarət edir.

Qazaxıstan Mərkəzi Bankının rəsmisi Kairat Kelimbetov Çin yuanının ucuzlaşmasından sonra təngəyə olan təzyiqin artdığını söyləyib. Bununla yanaşı, Rusiya rublunun ötən 12 ayda 45% dəyər itirməsi də qazax şirkətlərin rəqabət qabiliyyətinə ciddi zərər vurub. 
 
ŞAHİN Həbibov 
BAKU.WS