SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiya Federasiyası Komi Respublikasında iki azərbaycanlı hərbçi arasında silahlı münaqişə yaşanıb.

BAKU.WS
-in Lifenews saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Mikun şəhərindəki 31 nömrəli qadın koloniyasında baş verib. Koloniyada işləyən baş gizir Şahin Əliyev qarovul zamanı qəfildən avtomat götürərək avtomobildə əyləşmiş mayor Xalid Həsənova atəş açıb.

Başından güllə yarası alan mayor hadisə yerində ölüb. Daha sonra Ş. Əliyev intihar məqsədilə iki dəfə özünə atəş açıb. O ağır yaralanıb.

İlkin məlumatda bildirilir ki, Şahin Əliyev və Xalid Həsənov dost olublar. Onların münasibətləri Şahin Əliyev mənzil üçün birdəfəlik ödəniş aldıqdan sonra pisləşib. O, ötən ilin noyabr ayında arvadından boşanıb. Şahin Əliyev Azərbaycana qayıtmağı planlaşdırırmış. Dostu isə bu fikrə qarşı olub. Bu səbəbə görə dostlar dəfələrlə dalaşıblar.


Hazırda dostunu öldürən baş gizir xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Ziya Babayev
BAKU.WS