SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Daxili İşlər Nazirliyi Bakıda idmançıların kütləvi dava salması barədə mətbuat da yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS
-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar.

Hazırda müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, hadisə ilə əlaqədar haqqın.az saytında bildirilmişdi ki, dava salanlardna biri məşhur azərbaycanlı generalın qardaşı oğlu 90-HN-999 dövlət nömrə nişanlı "Bentley” avtomobilinin sürücüsüdür. Hadisə ilə əlaqədar "Bakıda generalın qohumu olduğu deyilən şəxs "Azpetrol”da dava saldı" xəbərində ətraflı məlumat verilib.

BAKU.WS