VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Azərbaycan Hava Yolları” (AZAL) Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramı barədə elan edir. Həmçinin, aviaşirkət bu il yeni istiqamətə - Alanya (Gazipaşa Beynəlxalq Hava Limanı) şəhərinə uçuşlara başlayır.


BAKU.WS
-in məlumatına görə, Bakı-Bodrum-Bakı reysləri 17 iyun tarixindən başlayaraq hər gün həyata keçiriləcək. Bu istiqamətdə aviabiletin qiyməti 149 avrodan başlayacaq.

Bakı-İzmir-Bakı reysləri 15 iyun tarixindən etibarən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut üzrə aviabiletin qiyməti də 149 avrodan başlayır.

Bakı-Dalaman-Bakı reysləri 1 iyul tarixindən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletin qiyməti - 149 avro.

Yeni cədvələ əsasən, Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa uçuşlar mayın 21-dən sentyabrın 27-ə kimi hər gün, aprelin 2-dən mayın 14-ə kimi və oktyabrın 15-dən etibarən həftədə bir gün olmaqla şənbə günləri həyata keçiriləcək. Yüksək tələbat olduğu halda reyslərin sayı həftədə 14-dək artırıla bilər. Bakı-Antalya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayır.

Bakı-Alanya-Bakı yeni birbaşa marşrut üzrə uçuşlar iyulun 4-də başlayacaq və həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Bakı-Alanya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayacaq.

Uçuşlar biznes və ekonom salonlu komfortlu Airbus A319/A320 və Boeing 757 laynerləri ilə həyata keçiriləcək.

BAKU.WS