SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı şəhəri, Qaradağ rayonunda "MEYVƏLİ” ticarət mərkəzində yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ümumi sahəsi 4 kv.m olan gözətçi köşkü, yaxınlıqda dayanmış 2 ədəd "Kamaz” markalı yük avtomobilinin birinin banının taxta üzlüyü 1 kv.m, banına yığılmış 7,5 ton tərəvəz məhsulunun 100 kiloqramı, digər yük avtomobilinin taxta üzlüyü 2 kv.m, banına yığılmış 10,5 ton tərəvəz məhsulunun 150 kiloqramı və yaxınlıqda dayanmış "Hyundai” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb.

Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, həmçinin yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Yanğın saat 21:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ziya Babayev
BAKU.WS