SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın mobil rabitə operatorlarından olan “Bakcell” və "Azercell Telekom" şirkətləri yeni istifadə kodu (prefiksi) ilə xidmət göstərəcək.

BAKU.WS
-in əldə etdiyi məlumata görə, “Bakcell” yeni prefiksi "099" almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Eyni zamanda "Azercell Telekom" şirkəti də nazirliyə "010" almaq üçün müraciət edib.

Xəbərlərə aydınlıq gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdik.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, həqiqətən də, hər iki şirkət tərəfindən quruma müraciətlər daxil olub.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nömrə resursları operatorların mövcud maddi-texniki bazasının genişləndirilməsi və istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə operatorların müraciətləri əsasında ayrılır.

Bu zaman operatorların istifadəsində olan nömrə resurslarının həcmi, onlardan istifadə imkanı, həmçinin respublikanın mobil telekommunikasiya bazarındakı mövcud vəziyyət və ölkənin nömrələnmə planı nəzərə alınır.

“Azercell Telekom”, həmçinin “Bakcell” MMC-lərdən yeni kodların və nömrələrin ayrılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətlər daxil olub.

Hazırda yeni kodların və nömrələrin MMC-lərə ayrılması, rəsmiləşdirilməsi, həmçinin yerli və beynəlxalq operatorların şəbəkələrində tanıtdırılması istiqamətində işlər aparılır.

Bu işlər başa çatdıqdan sonra yeni kodların və nömrələrin operatorların istifadəsinə verilməsi təmin olunacaq.

Ziya SƏCCAD
BAKU.WS