SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan yığmasının üzvü "Qalatasaray Odeabank" basketbol klubuna transfer olunub.
 
BAKU.WS-in məlumatına görə, ötən mövsüm "Banvit"də forma geyən Çarlz Devis İstanbul təmsilçisi ilə 6 aylıq razılığa gəlib. 

"Qalatasaray Odeabank"ın rəsmi açıqlamasında bildirilir ki, forvard mövqeyində oynayan 2,05 metr hündürlüyündəki ABŞ əsilli azərbaycanlı basketbolçu ilə mövsüm sonuna qədər razılıq əldə edib. 
 
 
"Qalatasaray Odeabank" basketbolçunun transferi ilə bağlı açıqlamasında qeyd edilir: "İdmançımıza "xoş gəldin" deyirik. Sarı-qırmızılı forma ilə müvəffəqiyyətlərlə dolu bir mövsüm diləyirik".
 
 
Qeyd edək ki, Devis 2010-cu ildən Azərbaycan millisinin şərəfini qoruyur. 
 
Şahin Həbibov
BAKU.WS