SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib.
 
Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin 24 yanvar tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6054 təşkil edib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
 
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.

BAKU.WS