SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyanın ən nüfuzlu biznes adamlarının təmsil olunduğu Davos forumunda Bakı Limanının tanıtım çarxı yayımlanıb. 
 
BAKU.WS-in məlumatına görə, videoçarx BBC və World news-da 3 gün ərzində müxtəlif vaxtlarda nümayiş etdiriləcək. Videoçarxda limanın Avrasiyada mühüm loqistika mərkəzi olduğu və yerləşdiyi çoğrafi ərazinin əlverişliliyindən danışılır.  Londonu Şanxay, Dehlini Helsinki ilə birləşdirən Bakı Limanının dəyişən və yeni dünyanın tələblərinə uyğunlaşdırıldığı vurğulanır. 

Qeyd edək ki, Ələt qəsəbəsinin ərazisində tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin təməlqoyma mərasimi 2010-cu il 3 noyabr tarixində baş tutub. 

Limanın kompleksinin tikintisinin 3 mərhələdə aparılması nəzərdə tutulub. 
Liman kompleksi üçün ayrılmış 400 ha ərazinin 100 ha sahəsində (I mərhələdə 50ha olmaqla) beynəlxalq nəqliyyat logistikası mərkəzinin tikintisi nəzərdə tutulub.  TRASEKA çərçivəsində "Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilib. .

İlkin mərhələdə 50 hektar ərazidə yerləşəcək logistika mərkəzində 80 min kvadrat metr xüsusi anbar və sahələr yaradılaraq burada 100 min ədəd konteynerin saxlanılması, yük sahiblərinə və mallara xidmət göstərilməsi, kiçik və orta biznesin müasir durumda inkişafına münbit şəraiti təmin ediləcək. Bu Mərkəzin ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir.

BAKU.WS