VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətləri sürətlə artırılır. Artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək qaldırılıb. 

BAKU.WS-in musavat.com-a istinadla verdiyi məlumata görə, hələlik sonuncu olaraq məhsullarının qiymətini qaldıran "Azərsun” Holdinqdir. Ölkə bazarında kifayət qədər yer tutan və yerli məhsula olan tələbatın böyük hissəsini təmin edən "Azərsun” Holdinq avqustun 18-dən etibarən mağazalara verdiyi məhsullarının qiymətini dəyişib.
 
Məsələn, çəkisi 100 qram olan 80 qəpiklik "Azərçay” artıq mağazaların vitrinlərində 1 manata qoyulub. Bu, məhsulun 25 faiz bahalanması deməkdir. Holdinq bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırıb.

BAKU.WS bu məlumatlara aydınlıq gətirmək üçün "Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərovla əlaqə saxlayıb. Holdinq rəsmisi məhsulların qiymətində artım olduğunu təsdiq edib:

"Dünya bazarlarında gedən tendensiyalara uyğun olaraq "Azərsun" holdinqin istehsal etdiyi bəzi məhsulların qiymətində artım olub. Amma bu bahalaşma bütün məhsullara aid deyil. Mətbuatda yazıldığlı kimi qiymətlər 25-30% deyil, 1-10% civarında artıb. Ümumilikdə şirkət qiymət siyasəti ilə bağlı ciddi bir qərar qəbul etməyib", - deyə A.Səfərov vurğulayıb.
 
Qeyde dək ki, "Azərsun” Holdinq ölkə bazarına "Bizim süfrə”, "Azərduz”, "Pasha”, "Super Sun”, "Bostan”, "Berqa”, "Aura”, "Bizim tarla”, "Sun”, "Möcüzə”, "Teksun”, "Saville” markaları ilə çeşidli məhsullar çıxarır. 
 
ŞAHİN Həbibov
BAKU.WS