VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Davosda Rusiyanın "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

BAKU.WS
-in məlumatına görə, görüşdə qeyd olundu ki, "LUKOIL” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. "LUKOIL” şirkəti uğurla icra edilən "Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.

Söhbət zamanı Azərbaycan ilə "LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.

BAKU.WS