VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”.
 
BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

"Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”, - M.Quliyev əlavə edib.

O qeyd edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib: "Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq. Hər şey Prezident İlham Əliyevin nəzarətindədir”.
 
BAKU.WS