SİZİN REKLAM BURADA!
055 213 76 73



20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarovanın BAKU.WS-ə verdiyi xəbərə görə, buna müvafiq olaraq "BakuBus"a məxsus avtobusların hərəkət istiqamətində də dəyişiklik olacaq.

"Şəhidlər Xiyabanı istiqamətində hərəkətdə olan "BakuBus"a məxsus 3 və 6 saylı marşrut xətlərimiz Respublika İncəsənət Gimnaziyasına qədər hərəkət edəcəklər", - deyə N.Allahyarova bildirib.

Ziya Babayev

BAKU.WS