VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


BAKU.WS
-in nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:26-da başa çatıb.

Meyitləri tapılan şəxslərin qətlə yetirildikləri məlum olub.
 
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Hacı Məmmədov küçəsi ev 54, mənzil 8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana-oğul olması müəyyən edilib. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
 
Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.
 
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

Ziya Babayev
BAKU.WS