SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün neftin qiymətindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində bu cür halları müşahidə etmirik. Hansısa bir ölkə böhran şəraitində əmək haqqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bu, bizim güclü sosial siyasətimizin təzahürüdür".
 
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev bu gün iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə bildirib. Dövlət başçısı qeyd edib ki, bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcək.
 
"İndiki vəziyyətdə bu nə deməkdir, bunu izah etməyə ehtiyac yoxdur. İstisna edilmir ki, il ərzində bu məsələyə yenidən baxılacaq. Əlbəttəki, bu bizim imkanlarımıza bağlı olan məsələdir", - deyə dövlət başçısı vurğulayıb.
 
Prezident çətin vəziyyətdə olan insanların vəziyyətini nəzərə alaraq müvafiq qərarlar qəbul edildiyini söyləyib: "Gələcəkdə çalışmalıyıq ki, bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdən kimsə öz şəxsi iqtisadi, yaxud siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaq. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar. Azərbaycanda son illər ərzində əldə edilmiş uğurları qoruyacağıq. Ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etsin".
 
BAKU.WS