VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dövlət Gömrük Komitəsi (DGK) Xarici İqtisadi Fəaliyyət iştirakçılarına yeni elektron xidmətlərini təqdim edir.
 
DGK-dən BAKU.WS-ə verilən məlumata görə, idxal-ixrac əməliyyatlarınız haqqında arayışı gömrük orqanına gəlmədən almaq, sərhəd-gömrük buraxılış məntəqələrindən sürətli keçmək, dövlət sərhədindən keçirəcəyiniz valyuta, mal vəya nəqliyyat vasitəsinin bəyan edilməsinə vaxt itirməmək, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərinizi gömrük orqanına gəlmədən təqdim edə bilərsiniz.
 
Mərkəzi Gömrük Ekspertiza İdarəsinə elektron müraciət etmək üçün Dövlət Gömrük Komitəsinin  internet səhifəsindəki elektron gömrük xidmətlərindən istifadə edin.

Şəxsi kabinet: Nəqliyyat

Şəxsi kabinetə daxil olduqdan sonra Sərhəddən keçirilən nəqliyyat vasitəsi haqqında məlumat düyməsini sıxın. Açılan səhifədə Yeni mal bəyan et bölməsini seçin. Üç bölmədən birincisi sürücü haqqında məlumat bölməsidir. Burada siz şəxsiyyətinizi təsdiq edən sənədi, nömrəsini, soyad, ad və ata adı, vətandaşlığı, ünvan və telefon nömrəsi bölmələrini düzgün doldurun.

İkinci bölmədəki doldurulacaq  xanalar nəqliyyat vasitəsinə aid məlumatlardır. Bunlar nəqliyyatın növü, markası, dövlət nömrə nişanı, şassi, ban nömrəsi, buraxılış ili və mənsub olduğu ölkə başlıqlı xanalardır. 

Son olaraq digər məlumatlar bölməsi doldurulmalıdır. Bu isə istiqamət, nəqliyyat marşrutu, ölkəyə giriş-çıxış ehtimal olunan sərhəd-gömrük məntəqəsi və təsdiq üçün şəkildəki kodu daxil etmə xanalarından ibarətdir.
 
Şahin Həbibov
BAKU.WS