SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Noyabrın 15-dən avtomobillərin yan şüşələrində istənilən pərdə və plyonkadan istifadə mayın 1-dək qadağan edilsə də, yol polisinin keçirdiyi hər reyddə belə hallara rast gəlmək mümkündür.

BAKU.WS
-in avtosfer.az saytına istinadən verdiyi məlumata görə, sürücülər yan şüşələrdə pərdələrdən istifadəyə görə 150 manat miqdarında cərimələnir. Əslində bu prosesdə pərdə və plyonkanı avtomobillərə quraşdırma xidməti göstərənlər də iştirak edir. Həmin şəxslər sürücülərin istəklərinə uyğun xidmət göstərdiklərini deyirlər. Ancaq bəzi şəxslər yan şüşələrə xidmətdən imtina etdiklərini bildirir.

Bəs görəsən həmin pərdələri qadağan olunduğunu bilə-bilə avtomobilə taxan ustalar qanunla məsuliyyət daşıyırmı? Ekspertlərin sözlərinə görə pərdə və plyonkanın qadağan olunan formada quraşdırılmasının qarşısını almaq üçün hüquqi nəzarətin yaradılması mümkündür.

BAKU.WS