VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Almaniyada təcili əməliyyata ehtiyacı olan Zaur Rəşidovun müalicəsi ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.

BAKU.WS məlumat verir ki, bu haqda Zaurun bacısı sosial şəbəkədə yazıb. O bildirib ki, Zaurun bütün xərclərini fond qarşılayacaq:
 
"Dostlar, birinci xanımın nümayəndəsi mənimlə əlaqə saxladı. Bildirdilər ki, Zaurun bütün müalicə xərclərini Mehriban xanım öz üzərinə götürüb. Hər şey üçün çox sağ olun".

Qeyd edək ki, 30 yaşlı Zaura "osteoblastoma” diaqnozu qoyulub. O, 2006-cı ildən 5 əməliyyat keçirib, lakin xəstəlikdən xilas ola bilməyib. Zaurun müalicəsi və tam sağalması üçün təcili və çətin əməliyyata ehtiyacı var.

Bu əməliyyat isə Almaniyada həyata keçirilə bilər. Sosial şəbəkələrdə onun müalicə xərclərinin ödənilməsi üçün vəsait toplanması məqsədilə qrup da yaradılmışdı.
 
BAKU.WS