SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Almaniya II Bundesliqasında çıxış edən "Karlsruhe" klubu "Bavariya" ilə hazırlıq matçı oynayıb.
  
BAKU.WS-in məlumatına görə, qarşılaşmaya yaxşı başlayan II divizion klubu 16-cı dəqiqədə hesabı açıb. "Karlsruhe"in futbolçusu Boubakar Barrin möhtəşəm qoluyla komandasını hesabda 1-0 önə keçirib. Bu qoldan heç beş dəqiqə keçməmiş "Bavariya" Vidalla bərabərlik qolunu vurub.
 
Oyunun birinci hissəsi elə bu hesabla başa çatıb. Oyunda növbəti qol matçın 73-cü dəqiqəsinə təsadüf edib. "Karlsruhe"nin şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Dmitri Nazaraov 73-cü dəqiqədə penaltini qola çevirib. 
 
Azərbaycanlı futbolçunun bu qolu oyunda yekun hesabı müəyyən edib. 
 
Şahin Həbibov
BAKU.WS