Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki “Star” neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə “SOCAR Turkey Energy”nin rəhbəri Zaur Qəhrəmanov deyib.

O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər.

“SOCAR Turkey Energy”nin rəhbərinin sözlərinə görə, bu günə qədər “Star” neft emalı zavodu tərəfindən 1,5 milyon ton xam neft alınıb:

“İlin sonuna qədər 8 milyon ton xam neft emalını planlaşdırırq. Gələn aydan isə İraqdan xam neft almağa başlayacağıq”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da İzmirdə “Star” neft emalı zavodunun açılışı olub. Zavodun dəyəri 6,3 milyard dollar təşkil edir.
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ