VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Təhsil Nazirliyinin hazırladığı yeni layihəyə əsasən, tələbələrin təqaüdləri artırılacaq. 


BAKU.WS
-in Ans press-ə istinadən verdiyi məlumata görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazirlik "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları’’nı hazırlayaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edib.

Həmin qaydalar "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında’’ 2013-cü ildə verilən sərəncamda dəyişiklik edilməsinə dair prezidentin ötən ilin noyabr ayında imz aladığı fərmana əsasən hazırlanıb.

Sərəncam Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitinin inkişafına və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət edir.

BAKU.WS