Bu gün səhər Ələt-Astara rayonunda baş verən dəhşətli qəzada ölənlərdən biri tələbədir.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yardımlı rayon, Kürəkçi kənd sakini, 20 yaşlı Cavid Yaqubov qəza nəticəsində vəfat edən 4 nəfərdən biridir.

O, Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub. Bir neçə gün əvvəl ona əsgərliyə getməsi üçün çağırış vərəqəsi gəlib. C.Yaqubov da buna görə yoxlanışdan keçmək üçün Yardımlı rayonuna gedirmiş.

***10:23**

Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində baş verən qəza nəticəsində ölənlərin və yaralıların kimliyi məlum olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, mikroavtobusda olan Yardımlı rayon sakinləri - 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı yaralanan Yardımlı rayon sakiləri, 1991-ci il təvəllüdlü Şiraz Mürsəl oğlu Hümbətzadə və 1998-ci il təvəllüdlü Çinarə Mehdi qızı Əsgərzadə Cəlilabad rayon xəstəxanasına yerləşdirlib.

Onların vəziyyəti orta-ağırdır.

***08.03

Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, “Ford tranzit” markalı sərnişinlə dolu mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza zamanı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Yaralılardan 2 Cəlilabad. digərləri isə Salyan Mərkəzi xəstəxanasına yerləşdirilib.

İlkim ehtimala görə hadisəyə mikroavtobus sürücüsünün yuxulu olması səbəb olub.

Ziya SƏCCAD
BAKU.WS


VİDEO

QALEREYA

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ