VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb.

BAKU.WS
-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayon Polis şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığını bildirib.

Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər.

Xatırladaq ki, Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Z.Məhərrəmova dünən itkin düşüb.

BAKU.WS