VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Böhranın Azərbaycan üçün təsirlərini minimuma endirmək, əhalinin maddi durumunu yaxşılaşdırmaq üçün Azərbaycan Prezidentinin tapşırıqlarının icrasına başlanılıb. Hazırda nazirlik manatın devalvasiyasının əhalinin sosial müdafiə və sosial təminat sisteminə, eləcə də əmək bazarına təsirinin qiymətləndirilməsini həyata keçirir. Bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər və rayonlarında yerləşən 4 fərqli ticarət mərkəzində - topdansatış müəssisələrində, bazarlarda, super marketlərdə və xırda ticarət obyektlərində minimum istehlak məhsullarının qiymətlərinin dəyişməsinə dair məlumat toplayır".
 
BAKU.WS-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev AZƏRTAC-a məxsusi müsahibəsində deyib. Onun sözlərinə görə, bir həftəyə dəqiq rəqəmlər əldə olunacaq. Həmin məlumatlar Nazirlər Kabinetinə təqdim ediləcək və sonra minimum istehlak səbətinin tərkibi barədə qərar imzalanacaq. Bu qərara əsasən Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları, eləcə də xidmətlərin siyahısı müəyyənləşdiriləcək.

Nazir müavini deyib ki, Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Əhalinin məşğulluğunun təmin olunması ilə bağlı görülən işlərdən də danışan İ.İsayev deyib ki, nazirliyin yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il bu istiqamətdə mühüm tədbirlər görülüb. Son bir ildə xidmət tərəfindən 29 min nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə kurslarına cəlb edilməsi də diqqətdə saxlanılıb. Nazirlik bu istiqamətdə də işi fəallaşdıracaq.
 
BAKU.WS