VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Siyəzən rayonunda bir qrup sakinlə polis arasında insident baş verib.
 
APA-nın məlumatına görə, Rayon İcra Hakimiyyətinin binası qarşısına bahalaşma əleyhinə toplaşan şəxslər polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər. Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırmağa başlayıb.
  
Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.
  
Saxlanılanların olduğu bildirilir.
 
Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayacağı gözlənilir. 
 
BAKU.WS