Ankara-Bakı qatarının avqust ayında səfərlərə başlayacağı məlum olub. 

BAKU.WS xəbər verir ki, bu barədə tr.railturkey.org saytı məlumat yayıb. Bildirilir ki, "Azərbaycan Dəmir Yolları" bu marşrut üzrə "Stadler" şirkətindən aldığı qatarları reysə buraxacaq. İlkin mərhələdə həftədə bir dəfə səfər həyata keçiriləcək.

Bir müddət öncə Ankara-Bakı səfərinin müddətinin 38 saat olacağı elan edilmişdi. Bu günə qədər yük qatarlarının təcrübəsi və sərhəd keçidini nəzərə alaraq bu vaxtın 40 saatdan çox olacağı güman edilir.

Kupelərin tipindən asılı olaraq qatar biletlərinin qiyməti 96 - 220 AZN arasında olacaq. Bu qiymət avtobus qiymətindən baha, təyyarə qiymətindən ucuzdur.

Qatarda 53 ekonom kupe var. Bu kupelərdə 4 çarpayı var. Kupelərdə olanlar vaqonda duş və iki tualetdən istifadə edə biləcək.

Qatarda biznes klass kupelər də mövcuddur. Bununla yanaşı, qatarda yemək də veriləcək. 246 sərnişin eyni zamanda səyahət edə biləcəyi qatarın yemək vaqonu 28 nəfərlik tutuma malikdir.
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ