VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

İxracla məşğul olan sahibkarlara güzəştlər ediləcək.

BAKU.WS
-in məlumatına görə, bu barədə İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, təklif edilən güzəştlər sırasına stimullaşdırma üçün maliyyə şərtləri, logistika, infrastrukturun yaxşılaşdırılması, xarici bazarlara çıxış üçün yardım daxildir.

"Bununla yanaşı, milli ixracın stimullaşdırılması məqsədilə sahibkarlıq subyektlərinin idxal və ixrac əməliyyatında tələb olunan sənəd və prosedurların sayının azaldılması, ixracdakı hesablamaların daha da sadələşdirilməsi, ixracatçılar üçün münasib şəraitin yaradılması nəzərdə tutulur. Bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə birgə hüquqi və fiziki şəxslərin yüklərinin gömrük sənədləşdirilməsi zamanı zəruri sənədlərin sayının azaldılmasına dair təkliflər hazırlanıb. Bundan əlavə, qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planının qəbul edilməsi də gündəlikdədir”, - deyə Sahib Məmmədov bildirib.

Sahib Məmmədov vurğulayıb ki, hazırda sahibkarların qarşılaşdığı ən böyük problemlərdən biri də sertifikatlaşdırmadır. Ona görə də mənşə və keyfiyyət sertifikatlarının əldə olunmasının asanlaşdırması üçün qanunvericiliyə bəzi dəyişikliklərin edilməsinə ehtiyac var. Bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq.

Ziya Babayev

BAKU.WS