SİZİN REKLAM BURADA!
055 213 76 73


“Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Nədən prezident Xələf Xələfovu yenidən öz vəzifəsinə qaytardı? Axı Xələf Xələfov 5 ay bundan öncəyə qədər də bu vəzifədə idi”, - virtualaz.org xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin ekspertləri bu suala cavab axttarırlar. Xatırladaq ki, “Atlas” mərkəzinin rəhbəri Azərbaycanın məşhur politoloqu Elxan Şahinoğludur.

Analitik şərhin müəllifləri xatırladırlar ki, Baş nazir Novruz Məmmədovun sərəncamı ilə Xələf Xələfov 2018-ci ilin dekabr ayında Nazirlər Kabinetinin aparat rəhbəri təyin olunmuşdu.

Xələf Xələfov

“Aydındır ki, o zaman bu qərar prezidentlə razılaşdırılmışdı. Belə düşünülürdü ki, 25 ildən sonra Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiya imzalandı və Azərbaycanı bu illərdə danışıqlarda təmsil edən Xələf Xələfovun missiyası da uğurla yerkunlaşmış oldu. Ancaq bu arada yeni problemlər çıxdı.

Prezidenti sərəncamı ilə Xələf Xələfov nazir müavini təyin olunmaqla yanaşı ona dövlət başçısının sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olundu. Elə təyinatın əsl mahiyyəti də bundadır.

Birincisi, Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya imzalansa da, Azərbaycan bundan sonra dənizin dibinin bölüşdürülməsiylə bağlı Türkmənistan və İranla danışıqları davam etdirməlidir. Çünki Konvensiya bu məsələni həll etməyib.

İkincisi, son günlərdə Gürcüstan-Azərbaycan sərhəddində baş verən insidentlər bu istiqamətdə də danışıqları zəruri edir. Sərhəd məsələsini müəyyənləşdirməli olan iki ölkənin Dövlət Komissiyasının sonuncu iclası 2011-ci ildə Bakıda keçirilib. Bundan sonra danışıqlar dayanıb. Komissiyanın işini yenidən canlandırmaq aktuallaşıb.

Beləliklə, bu iki məsələnin həllində Azərbaycan prezidentinə peşəkar köməkçi lazımdır. Sərhəd mövzusunda təcrübəli diplomat Xələf Xələfov bu məsələlərin həllində əsas rol oynamalıdır. Sadəcə, Xələf Xələfovun yenidən köhnə vəzifəsinə qaytarılması həm də ondan xəbər verir ki, mövcud sahədə kadr çatışmazlığı var, yoxsa eyni diplomatı köhnə vəzifəsinə niyə qaytarırdılar ki?” - “Atlas” Araşdırmalar Mərkəzinin analitikləri belə hesab edirlər.
BAKU.WS