SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənilərin yenidən təxribat törətməsi nəticəsində düşmən ordusunun hərbçilərindən ölən və yaralananlar var.

BAKU.WS Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, 29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb.

Düşmən tərəfinin təxribatının qarşısı alınarkən erməni hərbçiləri arasında ölənlər olub. Bu barədə isə Ermənistanın bəzi Kütləvi İnformasiya Vasitələri yazıb.

Bundan başqa, erməni hərbçilərindən birinin yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan məlumat verib.

O, “Facebook” səhifəsində yazıb ki, Tavuş istiqamətində gedən döyüşlərdə 32 yaşlı Samvel Sepkxanyan ağır yaralanıb. Yaralı hərbçi helikopterlə İrəvana aparılıb.

Ziya SƏCCAD
BAKU.WS