SİZİN REKLAM BURADA!
055 213 76 73


“Erməni separatçıları mayın 1-də başlayacaq Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahatdırlar”.

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlu bildirib.


Ekspert hesab edir ki, ermənilərin fikrincə hərbi təlimlər zamanı Azərbaycan ordusu təmas xəttində hansısa həmlələr edə bilər.

“Separatçılar onu da deyirlər ki, Türkiyə ordusu Azərbaycan ordusunun güclənməsi üçün bütün imkanlardan istifadə edir, təcrübəsini bölüşür və s. İlk dəfədir ki, separatçıların bu mövzuda dediklərinin tamamıyla razıyam.

Bəli, təlimlərin bir məqsədi də separatçıların qorxusunu artırmaq və onları gərgin vəziyyətdə saxlamaqdır.

İndi təsəvvür edin ki, Türkiyənin Azərbaycanda hərbi bazaları olsa, bu işğalçıya qarşı təzyiqi hansı səviyyəyə qaldıra bilər”, - deyə ekspert bildirib.

Ziya SƏCCAD
BAKU.WS