SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib.

Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin bu gün üzrə USD/AZN rəsmi məzənnəsi 1,5685 təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.

Ziya Babayev

BAKU.WS