26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq.

BAKU.WS xəbər verir ki, aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər.

Aprelin 25-dən etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq. Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq.
BAKU.WS