SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Son günlər ölkəmizdə oğurluq və qətl kimi cinayət hadisələri artıb.

BAKU.WS
-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd edilib. Bildirilir ki, cinayətkarların müxtəlif bəhanələrlə qapıları döyüb evə soxulurlar. Qapıları döyənlər daha inandırıcı səbəblərlə qapıları açdırmaq istəyirlər: "KATV-dən gəlmişik", "Su idarəsindənik", "Su filtiri satan şirkətdənik", "Sizə gül gəlib", "Qardaş, zəhmət olmasa, gəl maşını çək, çıxaq" və s.


Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirdi ki, vətəndaşlar bu kimi əsası olmayan informasiyalara uyub panikaya düşməməlidirlər.

"Əgər vətəndaş oğurluq hadisəsilə üzləşirsə, bu zaman polisə müraciət etsin. Əgər kimdənsə, hansısa vəziyyətdən şübhələnirlərsə dərhal polis çağırsınlar. Polis 102 və digər vasitələrlə polis orqanlarına daxil olan bütün müraciətlərə dərhal reaksiya verir və lazımı tədbirlər görür”, - deyə Ehsan Zahidov bildirib.

Nazirlik rəsmisi bildirib ki, hazırda ölkədə kriminal durum sabitdir və heç bir narahatçılığa əsas yoxdur.


"Dövlətin hüquq-mühafizə orqanları istər dövlət sərhədlərində, istərsə də, ölkənin daxilində bütün kriminal duruma tam nəzarət edir. Ölkədə baş verə biləcək cinayətlərin qarşısını almaq üçün Azərbaycan polisi zəruri əməliyyatlar keçirir. Vətəndaşların narahatlıq keçirməsinə ehtiyac yoxdur”, - deyə Ehsan Zahidov bildirib.

Ziya Babayev
BAKU.WS