Ötən gün Mərkəzi Bankın mübadilə məzənnəsi hədləri ilə bağlı yeni tələbini diqqətinizə çatdırmışdıq. Artıq dollar və digər valyutalar rəsmi məzənnədən maksimum 4 faiz baha satılan bilər. Bu gün bu qaydaya nə qədər əməl olunub-olunmadığını öyrənmək üçün mübadilə məntəqələrinə baş çəkdik.

Ötən gün Mərkəzi Bankın açıqladığı məzənnə hədləri ilə bağlı tələbdən sonra bu gün valyutadəyişmə məntəqələri fəaliyyətini dayandırıb.

Baş çəkdiyimiz onlarla ünvanda eyni mənzərə müşahidə edilirdi.

Yalnız bir mübadilə məntəqəsi açıq idi ki, onun da qarşısına xeyli insan toplaşmışdı. Bu mübadilə məntəqəsində dolların alış kursu rəsmi məzənnə ilə eyni həddə idi. 1 dollar  1 manat 56 qəpiyə alınırdı. Satış kursunda isə 1 manat 62 qəpik göstərilmişdi. Bu kurs Mərkəzi Bankın tələbini pozmur. Yəni rəsmi məzənnədən 4 faiz bahadır. Ancaq buna baxmayaraq, satış həyata keçirilmirdi.

Nəzərə alsaq ki, Mərkəzi Bank yanvarın 11-ə  qədər dolların manata qarşı məzənnəsini 1 manat 56 qəpik səviyyəsində müəyyənləşdirib, deməli, həmin tarixə qədər mübadilə məntəqələrində ABŞ valyutası 1 manat 62 qəpikdən baha satıla bilməz. 
 
BAKU.WS