İspaniya La Liqasının 18-ci həftəsində "Barselona" klubu "Qranada"nı 4-0 hesabı ilə məğlub edib.
 
BAKU.WS-in məlumatına görə, matça ilk 11-də başlayan türk futbolçu Arda Turan yeni komandasında ilk  məhsuldar ötürməsini edib. "Kamp Nouda" baş tutan matçda "Barselona" 8, 14 və 58-ci dəqiqələrdə Messi, 83-cü dəqiqədə Neymarın qollarıyla "Qranada"nı darmadağın edib. 

Matça yaxşı başlayan Arda Turan "Barselona"dakı ikinci matçında Messinin 8-ci dəqiqədə atdığı ilk qolun pasını verib. 72-ci dəqiqədə oyundan çıxan Arda Turanı Adriano əvəzləyib. 
 
BAKU.WS