VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının elit kollecində müəllimlər arasında əlbəyxa dava olub.


BAKU.WS-in eksklüziv əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən “British school College”-də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında münaqişə baş verib.

Münaqişə qadınların əlbəyaxa davaya çevrilib. Dava zamanı hər iki müəllim xəsarətlər alıb.

Baş verən dava barədə Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.

Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS