Təhsil naziri Ceyhun Bayramov 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı mətbuat konfransı keçirib.

BAKU.WS xəbər verir ki, mətbuat konfransı məhdud sayda jurnalistlərin iştirakı ilə keçirilib. Nazirliyin mətbuat xidməti yalnız özlərinin müəyyən etdiyi jurnalistlərin iştirakını təmin edib. Ölkədə fəaliyyət göstərən aparıcı portalların, o cümlədən BAKU.WS-in əməkdaşının nazirin mətbuat konfransında iştirakına imkan yaradılmayıb.

Mətbuat konfransı təxminən 10 dəqiqə çəkib. Nazir əvvəlcədən hazırlanmış mətni oxuyaraq zalı tərk edib. O, jurnalistlərin suallarına cavab verməyib.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ