Aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyevanın anım mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, anım mərasiminə Elinanın ən yaxın rəfiqəsi, 9-cu sinif şagirdi Züleyxa Şirinova, digər sadə insanlar, digər məktəblərdən gəlmiş bir neçə müəllim və şagird iştirak edidigər vətəndaşlar qatılıblar.


Anım mərasiminə qatılanlar hadisədən çox kədərləndiklərii və məktəb direktorunun əməlinə hiddətləndiklərini bildiriblər.

Anım iştirakçılarını və jurnalistləri 162 saylı orta məktəbin rəhbərliyinin göstərişilə içəri buraxmadılar. Məktəb həyətinə toplaşanları çölə çıxardılar.

Məktəbin həyətini insanların üzünə bağlayan mühafizəçi bunun səbəbini bildirmədi. Məktəbdə təhsil alan şagirdlərin valideynləri isə birmənalı olaraq məktəb direktorundan şikayətçi olduqlarını bildirdilər.

Anım mərasiminə toplaşan insanlar arasında xarici ölkə vətəndaşları da var idi. Türkiyə vətəndaşı Delikan BAKU.WS-ə bildirdi ki, bu hadisə böyük biabırçılıqdır:

“Bu məktəb rəhbərliyi qatildir. Uşağın ölümünə səbəb olan insanlar təhsil müəssəsinə rəhbərlik edə bilməzlər”.

Ziya SƏCCAD
BAKU.WS

















TƏCİLİ KREDİT SİFARİŞLƏRİ