SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda intihara cəhd edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anasının ittihamlarına məktəbin direktoru cavab verib.

Məktəbin direktoru Sevinc Abbasova BAKU.WS-ə açıqlamasında bildirib ki, şəxsən şagirdin anası Sevil Hüseynovanı tanımır.

“Bu məsələ ilə hüquq mühafizə orqanları məşğul olur. Mənə bu yerdə söz demək düşməz”, - deyə Sevinc Abbasova bildirib.

Məktəbdən isə bildirdilər ki, şagirdlə bağlı valideynlər təhsil müəssisəsinə gəlməyiblər.

“Biz onu iclaslara çağıranda gəlməyib. Bir dəfə valideynlər qızdan şikayət üçün yanıma gəlmişdilər, onlara zəng vurdum. Qızın atalığı telefona cavab verdi. Kişi bildirdi ki, bu bizim işimiz deyil. Mənim öz ailəm var. Öz uşaqlarım var. Onun anasının balaca uşaqları var, bu səbəbdən məktəbə gələ bilmir. Belə cavab aldıq”, - deyə bildirilib.

Həmçinn bildirildi ki, Elina Hacıyeva əvvəl 49 saylı məktəbdə oxuyub, sonra 203 saylı məktəbdə təhsil alıb:

“ Yəqin həmin məktəblərdən qovulub, sonra bizim təhsil müəssisəsinə gəlib. Qızı nənəsi gətirib, ağlayıb, yalvarıb. Nənə 3 uşaq gətirib, digər iki qız xalaqızıdır. Məsələ ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinə də müraciət edilib. Onlar nəzarət altında olan qızlardır. Qeyd edilən sənədlər hüquq-mühafizə orqanlarına təhvil verilib.

İstədik bu 3 qızı cəmiyyətə qazandıraq. Lakin çox çalışdıq, lakin onları cəmiyyətə qazandıra bilmədik. Elə bir şey olmayıb. Uşağı heç kim incitməyib.

Heç kimin ixtiyarı yoxdur ki, şagirdi məktəbdən qovsun. Biz onu cəmiyyətə qazandırmalıyıq”.

Qeyd edək ki, ötən gün Elina Hacıyevanın anası Sevil Hüseynova qızının məktəbdə incidilməsi barədə şikayət etmişdi. Daha ətraflı "Məktəbin pəncərəsindən özünü atan qızın anası: “Övladıma lesbiyan deyirdilər” FOTO" adlı xəbərdən oxuya bilərsiz.

Cavid Babayev
BAKU.WS