SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu il istənilən iqtisadi gedişdə qiyməti ən çox qalxacaq 5 məhsulun adı açıqlanıb. 
 
BAKU.WS-in məlumatına görə, məşhur Deloitte şirkəti qiyməti ən çox qalxacaq məhsulların məişət və elektronika malları olacağını açıqlayıb.
 
1. Şirkət tezliklə məişət avadanlığı mağazalarına dolların yeni kursu ilə hesablanacaq məhsulların satışa çıxarılacağını yazır. 

2. Qiyməti qalxacaq növbəti mallar isə poliqrafiya məhsullarıdır. Poliqrafiya məhsullarının qiyməti kağızın qiymətinin qalxması ilə artacaq. 
 
3. Qiymətinin qalxması qaçılmaz olduğu digər məhsullar isə tikinti materiallarıdır. Bu məhsullarda ilkin olaraq qiymət artımının elə də hiss olunmayacağı söylənilsə də yazda artımın fantastik dərəcədə olacağı söylənilir. 
 
4. Dolların bahalaşmasının ən çox geyimlərin qiymətində əks olunacağı söylənilir. Geyim qiymətlərinin dolların manata nisbətən məzənnəsindən birbaşa asılı olacağı gözlənilir. 
 
5. Ayaqqabıların da qiymətinin artacağı gözlənilir. Bu artımın ilk aylarda 10-12 faiz olacağı, sonradan dolların bahalaşmasına uyğun artması proqnozlaşdırılır. 

BAKU.WS