SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakının Nəsimi rayonunda binaların birində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, B.Səfəroğlu küçəsi ilə Topçubaşov küçəsinin kəsişməsində yerləşən binada yanğın olub.

Əldə etdiyimiz məlumata görə, hadisə Bakıda Mədəniyyət evində qeydə alınıb.

Yasamal rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, alov lokallaşdırılıb və qısa zamanda söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Ziya SƏCCCAD
BAKU.WS