SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə bu gün Mərkəzi Bankın qarşısında qeydə alınıb. Minik avtomobili dayanacaqda marşrut gözləyən qadını vurub. Daha sonra maşın avtobusa çırpılıb. Qəza nəticəsində qadın və minik avtomobilinin sürücüsü ölüb.

Səhiyyə Nazirliyindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölənlərdən başqa daha iki nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib.

BAKU.WS