VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
"Türkiyə ilə Azərbaycan arasında hal-hazırda tətbiq edilən viza rejimində hər hansı dəyişiklik nəzərdə tutulmur".

BAKU.WS-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirlikdən verilən məlumata görə, Türkiyənin Azərbaycan vətəndaşlarına viza tətbiqi edəcəyi haqda mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir: "Azərbaycan Respublikasının vətəndaşları, 2007-ci ildən bu günədək tətbiq edildiyi kimi, Türkiyəyə turistik məqsədlə həyata keçirəcəkləri 30 günlük səyahətlərdə viza almaq zərurətindən azad olacaqlar".

Qeyd edək ki, ötən gün Türkiyə KİV-i 89 ölkəyə, o cümlədən Azərbaycana 2016-сi ilin iyunundan viza tətbiq ediləcəyi barədə xəbər yayıb. 
 
BAKU.WS