SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
"Azərbaycan Beynəlxalq Bankı” ASC müştərilərin maraqlarını əsas tutaraq, manat ödəniş kartları ilə xarici valyutada apardıqları ödənişlərdə, üzən məzənnəyə keçiddən sonra əlavə vəsait itkisinə məruz qalmış kart sahiblərinə güzəşt edib.

BAKU.WS-in Azərbaycan Beynəlxalq Bankına istinadla verdiyi məlumata görə, 21 dekabr 2015-ci il tarixinə qədər Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ilə və Banka məxsus terminallar vasitəsilə aparılmış bütün mədaxil (cash in), məxaric (cash out), köçürmə (transfer) və kart köçürmələri (card transfer) əməliyyatları zamanı icra olunmuş mübadilə məbləğləri əməliyyat gününün məzənnəsi ilə yenidən hesablanıb və valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə tutulmuş vəsait müştərilərə geri ödənib.

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.
 
Şahin Həbibov
BAKU.WS